ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Dünya nüvə fəlakəti riski ilə üz-üzə qalıb.
“Cebheinfo.az” xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) nüvə fəlakəti riski ilə bağlı xəbərdarlıq edib.
AEBA-nın baş direktoru Rafael Qrossi bildirib ki, dünyada nüvə fəlakəti riski hazırda “soyuq müharibə”dən bəri ən yüksək səviyyəyə yüksəlib.
Qrossi bu barədə Nyu-Yorkda keçirilən Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NPT) tərəflərinin İcmal Konfransında çıxışı zamanı deyib.AEBA rəhbəri qeyd edib ki, dünya təhlükəli bir mərhələyə daxil olub:
“Bu, xüsusi bir andır. Nüvə fəlakəti riski “soyuq müharibə”nin ən yüksək dövründən bəri görünməmiş səviyyəyə yüksəlib. Müharibə Avropaya və Yaxın Şərqə qayıdıb və sülh və təhlükəsizliyi dəstəkləyən çoxtərəfli mexanizmlər böyük gərginlik altındadır”.
Qrossi əlavə edib ki, hazırkı vəziyyət nüvə sahəsində daha çox iştirakçının olması, risklərin artması və beynəlxalq mühitdə aydınlığın azalması ilə xarakterizə olunur.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.