
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 1 may tarixindən etibarən OPEC və OPEC+ təşkilatlarından çıxacağını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə WAM dövlət xəbər agentliyi məlumat yayıb.
“Bu qərar BƏƏ-nin istehsal siyasətinin, eləcə də hazırkı və gələcək potensialının hərtərəfli nəzərdən keçirilməsindən sonra qəbul edilib və milli maraqlarımıza və təcili bazar ehtiyaclarının ödənilməsində effektiv şəkildə iştirak etmək öhdəliyimizə əsaslanır”, - məlumatda qeyd edilir.