AZ

Gürcüstan patriarxı vəzifəsinə namizədlər müəyyənləşib

Tbilisi, 28 aprel. AZƏRTAC

Müqəddəs Sinodun bu gün keçirilən iclasında Gürcüstan patriarxı vəzifəsinə üç namizəd seçilib.

AZƏRTAC xəbər verir ki, Sinodun qərarına əsasən, patriarxat vəzifəsinə namizədlər hazırda patriarx vəzifəsini icra edən Patriarx Şio, Baş yepiskop Əyyub və Baş yepiskop Qriqolidir.

Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin baş dekanı Andria Jagmaidzenin jurnalistlərə verdiyi məlumata görə, patriarxal taxt-taca çıxacaq Şio 20 səs, digər iki namizəd isə hər biri 7 səs alıb.

Bununla da Sinodun iclası başa çatıb.

Patriarx seçkisinin mayın 12-də keçiriləcəyi gözlənilir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
32
1
azertag.az

2Mənbələr