AZ

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri o olacaq

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Gürcüstan parlamenti Geka Geladzenin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri vəzifəsinə təyinatını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, plenar iclasda keçirilən səsvermə nəticəsində o, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri seçilib.

Məlumata görə, Geladzenin namizədliyini 85 deputat dəstəkləyib, 12 nəfər isə əleyhinə səs verib.

Qeyd olunub ki, səsvermədən əvvəl namizəd parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin qapalı iclasında dinlənilib.

Məlumata görə, parlament Geka Geladzeni bu vəzifəyə 6 il müddətinə təsdiqləyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
2
bakivaxti.az

3Mənbələr