“Mançester Siti” mövsümün sonunda müqaviləsi bitəcək Con Stounzla yollarını ayıracaq.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi 31 yaşlı müdafiəçi ilə yeni sözləşmə imzalamamağa qərar verib və o, yayda azad agent kimi komandadan ayrılacaq.
Stounz 2016-cı ildə “Everton”dan transfer olunmuşdu. O, bu mövsüm 16 oyunda forma geyinib.