AZ

Marketlərdə satılan sular...

ain.az, Adelet.az saytına istinadən bildirir.

Bir çoxlarımız içməli suyu təmiz olduğu üçün market və mağazalardan  alırıq. Düşünürük ki, evlərimizə  gələn su o qədər də təmiz deyil.Bunu düz eləyirik.Amma gəlin onunla razılaşaq ki, bir çox hallarda marketlərdə də satılan sular  ekoloji çəhətdən  tamamilə təmiz deyil!  

Çünki təmiz su, eləcə də " Slavyanka" adı altında satılan suların çoxu Bakıda  filtrdən keçirilib təmizlənmiş sulardı. Bunu tək biz demirik və ayrı - ayrı ekspertlər, mütəxəssislər də deyir. Belə ki, uzaq məsafədən - Gədəbəydən gətirilən su çox xərc tələb edir və  bu elə asanlıqla başa gəlmir.Ekspert  Nadir Əhmədov bildirir ki, birmanalı demək olmaz ki, marketlərdə satılan sular ekoloji cəhətdən təmiz deyil. Ona görə ki, həmin yerlərdə kifayət qədər keyfiyyətli içməli sular satılır.

Onunla razılaşmalıyıq ki, bir çox halda  dükanlarda lazımi standartlara cavab verməyən su da var. Dəfələrlə aidiyyəti qurumlar tərəfindən marketlərdə belə keyfiyyətsiz sular aşkarlanmış  və satışdan çıxarılmışdı. Bu mənada Qida Qida Təhlükəsizliyi Agentliyinin üzərinə yüksək məsuliyyət düşür.Ona görə də sexlərdə və digər gizli yerlərdə qablaşdırılmış  və qeyri- qanuni yerdə hazırlanmış suların market və mağazalara gətirilib satılmasının  qarşisı alınmalıdır. Onu da qeyd edək ki, filtrdən keçirilib təmizlənmiş sular, bizim evimizə gələn sudan qat- qat təmizdir. Yəni belə suları içmək olar!!!

Emil FAİQOĞLU          

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
adalet.az

2Mənbələr