Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir. Pul silməyə yer tapmırlar deyəsən?”
“Nizami stansiyasının yaxınlığında daha bir stansiyanın tikilməsi sadəcə, ağılsızlıqdır”.
Bu fikir vəkil Sahib Məmmədova məxsusdur.
“Sherg.az” xəbər verir ki, S.Məmmədov "Bakı Metropoliteni" QSC dövlət proqramının bir hissəsi olaraq, Nizami stansiyasının yaxınlığında B5 stansiyasının tikiləcəyi, stansiyanın Mərkəzi Parkın altında yerləşəcəyi və “Nizami” stansiyasına qoşulmanı təmin edəcəyi haqda məlumatdan dəhşətə gəldiyini qeyd edib. Sosial şəbəkədə paylaşım edən vəkil, bunları yazıb:
- "Bakı Metropoliteni" QSC dövlət proqramının bir hissəsi olaraq, Nizami stansiyasının yaxınlığında B5 stansiyasının tikiləcəyini açıqlayıb. Stansiya Mərkəzi Parkın altında yerləşəcək və Nizami stansiyasına qoşulmanı təmin edəcək. Bu, sadəcə ağılsızlıqdır. “28 may-Nizami” xətti onsuz da kesson üsulu ilə tikilib (Kesson üsulu, suyun altında və ya yüksək təzyiqli mühitdə, xüsusi kipləşdirilmiş kameralar (kessonlar) vasitəsilə quru mühit yaradaraq tikinti və qazıntı işlərinin aparılması metodudur. Bu üsul əsasən körpü dayaqlarının, tunellərin və metro stansiyalarının sualtı təməllərinin inşasında istifadə olunur). Tikiləndən sonra xəttin biri çöküb və sonradan 6 ay ərzində bərkidilib. Həmin ərazi yeraltı suların aktiv zonsıdır. Son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir. Pul silməyə yer tapmırlar deyəsən?”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.