AZ

II Liqa: Mərkəzi matçda qalib müəyyənləşmədi, "Quba"dan darmadağın

Bu gün Azərbaycan 2-ci liqasında 24-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.

Turun mərkəzi oyunu Şamaxıda baş tutub. Burada lider "Xankəndi" 2-ci yerdəki "Qaradağ Lökbatan"la qarşılaşıb. Komandalar hərəyə 1 qol vurmaqla heç-heçəyə razılaşıb.

Digər görüşdə "Şəmkir" "Quba"nı qəbul edib. Qonaqlar 5:2 hesablı qələbə qazanıb.

28 aprel (çərşənbə axşamı)

16:00. “Xankəndi” – “Qaradağ Lökbatan” - 1:1

Qollar: E.Nəsibov, 45+5 // F.Abbaslı, 90+ 7

Şamaxı OİK stadionu

16:30. “Şəmkir” – “Quba” - 2:5

Qollar: R.Abdullayev, 57, C.Cəlalzadə, 65 // V.Cəfərov, 18, 71-pen; R.Məhərrəmov, 41, K.Mirzəyev, 45+3, B.Köçərli, 73

Şəmkir OİK Stadionu

Seçilən
45
2
fanat.az

4Mənbələr