AZ

Qalatasaray ın hücumçusunu polisə şikayət etdilər

Qol.az saytına istinadən ain.az xəbər verir.

"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər

"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhen İtaliyada polisə şikayət edilib.

QOL.az xəbər verir ki, "Repubblica" nəşrinin yaydığı məlumata görə, "Mercedes-Benz" şirkəti "Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen barəsində şikayət ərizəsi verib.

Bildirilir ki, ulduz futbolçu 2023-cü ildə "Napoli"də forma geyindiyi dövrdə "Mercedes GLE" markalı avtomobil üçün icarə müqaviləsi bağlayıb. Şirkətin müraciətində Osimhenin icarə taksitlərini ödəmədiyi və bu səbəbdən təxminən 90 min avro borcunun yarandığı iddia olunur.

Qeyd olunur ki, Kreşentsaqo polis idarəsinə təqdim edilən şikayətdə müqavilə müddətinin başa çatmasına baxmayaraq avtomobilin açarlarının da təhvil verilmədiyi vurğulanıb. Bu səbəbdən şirkət Osimheni mənimsəmədə ittiham edərək ondan şikayətçi olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
1
qol.az

2Mənbələr