AZ

Məşhur rusiyalı bloger 46 yaşında vəfat etdi

Məşhur rusiyalı bloger Andrey Baqno 46 yaşında vəfat edib.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, onun ölüm xəbəri ilk dəfə şəxsi hesabında yayılıb və orada ağır vəziyyətdə olan şəkli və həyat yoldaşının vida mesajı yer alıb.

Bir çox izləyici əvvəlcə paylaşımın həqiqiliyinə şübhə ilə yanaşıb, səhifənin haker hücumuna məruz qaldığından şübhələnib. Blogerin qohumu daha sonra məlumatı təsdiqləyib.

"Qardaşım Andrey tanrının hüzuruna getdi", - Vladimir Baqno bildirib.

QAZİLER.AZ

Seçilən
75
qaziler.az

1Mənbələr