AZ

Nabranda səmti müəyyənetmə yarışının qalibləri mükafatlandırılıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 28 aprel, AZƏRTAC

Nabranda Yalama Milli Parkının meşə massivində Dağ İdman Klubunun Açıq Birinciliyi (“Bakı Kuboku 2026” - II mərhələ) çərçivəsində səmti müəyyənetmə üzrə yarışlar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir ölkədə bu texniki idman növünün inkişaf dinamikasını və iştirakçı marağının artdığını göstərən əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Yarışlarda 8 yaşdan 75 yaşadək müxtəlif yaş kateqoriyalarını əhatə edən təxminən 130 idmançı mübarizə aparıb. Bu geniş iştirak spektri səmti müəyyənetmənin həm kütləvilik, həm də uzunmüddətli fiziki və intellektual aktivlik baxımından əlçatan idman növü olduğunu təsdiqləyir.

Marşrutlar beynəlxalq təcrübəyə uyğun şəkildə tərtib olunub: uşaqlar üçün 1,5 kilometrlik məsafə, “Elit” kateqoriyası üçün isə texniki və fiziki baxımdan daha mürəkkəb 8 kilometrlik marşrutlar müəyyən edilib.

Təklif olunan marşrutlar yalnız fiziki hazırlığı deyil, eyni zamanda, məkan oriyentasiyası, operativ qərarvermə və analitik düşüncə bacarıqlarını ön plana çıxarıb. İştirakçılar xəritə ilə işləmə, kompasdan istifadə və azimut üzrə hərəkət kimi bacarıqları real təbii şəraitdə tətbiq etməklə beynəlxalq standartlara uyğun performans nümayiş etdiriblər. Bu yanaşma Beynəlxalq Səmti Müəyyənetmə (Orientirinq) Federasiyasının qəbul etdiyi prinsiplərlə uyğunluq təşkil edir və yarışın keyfiyyət səviyyəsini yüksəldir.

Yarışın nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyən olunub:

“M-Elit” kateqorisyasında:

1.Klim Qennadiy

2.Vladislav Tuzov

3.Sergey Telegin

“W-Elit” kateqorisyasında:

1. Sevda Verdiyeva

2. Anna Kamayeva

3. Fidan Mursakulova

Qaliblər diplom və xüsusi medallarla təltif olunublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
azertag.az

1Mənbələr