AZ

“Qarabağ”da 200-cü oyun

Kevin Medina “Qarabağ”ın heyətində 200-cü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, kolumbiyalı müdafiəçinin yubileyi Misli premyer-liqasının 29-cu turunun “Neftçi” ilə görüşünə (5:1) təsadüf edib. O, 200 matçda 6 qola imza atıb.

Bu görüş Kevinin çempionatda 117-ci (3 qol) oyunu olub. O, avrokuboklarda 69 (3 qol), ölkə kubokunda 14 dəfə meydana çıxıb.

Cənubi amerikalı 2020-ci ilin yayından “Qarabağ”da forma geyir.

Seçilən
18
10
football-plus.az

10Mənbələr