AZ

Sadettin Saran namizədliyini verməyəcək Foto

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

“Fənərbaxça” klubu 6-7 iyun tarixlərində növbədənkənar seçki üzrə ümumi yığıncağın keçiriləcəyini açıqlayıb.

Qafqazinfo” xəbər verir ki, klubda prezidentlik yarışı üçün üç əsas namizədin adı bəllidir.

Bunlar keçmiş TFF başçısı və “Acıbadem”in rəhbəri Mehmet Ali Aydınlar və iş adamları Hakan Safi ilə Barış Göktürkdür. Artıq namizədlərin seçki hazırlıqlarına başladığı və idarə heyəti siyahıları üzərində işlədikləri bildirilir.

Digər tərəfdən, klubun keçmiş prezidentləri Aziz Yıldırım və Ali Koçun, həmçinin hazırkı rəhbər Sadettin Saranın yenidən namizəd olmaq niyyətləri yoxdur. Xüsusilə Sadettin Saranın bu qərarı camiədə yeni bir dönəmin başlanğıcı kimi qiymətləndirilir.

Qeyd edək ki, “Qalatasaray”la derbi məğlubiyyətindən sonra baş məşqçi Domeniko Tedeskonun gedişi və idarə heyətinin buraxılması seçki qərarını sürətləndirən əsas amillər olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
qafqazinfo.az

1Mənbələr