AZ

İngiltərə nəhəngi "Qalatasaray"ın qapısını döyəcək

İngiltərənin “Arsenal” klubu yay transfer pəncərəsi öncəsi hücum xəttini gücləndirmək üçün fəaliyyətə başlayıb.

Fanat.Az xəbər verir ki, London təmsilçisinin əsas hədəflərindən biri Viktor Osimhendir.

Klubun idman direktoru Andrea Berta bu futbolçunu canlı izləmək üçün “Qalatasaray” – “Fənərbağça” oyununu stadiondan izləyib.

Məlumata görə, Osimhenin performansı “Arsenal” rəhbərliyinin diqqət mərkəzindədir və yayda rəsmi təklif hazırlana bilər. İngilis klubu hücum xəttində daha stabil və məhsuldar oyunçu axtarır. Nigeriyalı forvardın fiziki gücü və qol instinkti onun əsas üstünlükləri kimi qiymətləndirilir.

Hazırda transferlə bağlı yekun qərar verilməsə də, “Arsenal”ın bu keçiddə ciddi olduğu bildirilir. Yay aylarında tərəflər arasında danışıqların başlanması gözlənilir.

Seçilən
25
1
fanat.az

2Mənbələr