AZ

Nigeriyada silahlılar uşaq evindən 23 azyaşlını oğurladı

Nigeriyanın cənubundakı Kogi ştatında silahlı şəxslər uşaq evinə hücum edərək 23 azyaşlını qaçırıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə aprelə 26-dan 27-nə keçən gecə Lokoja şəhərində baş verib.

Polis 15 uşağın xilas edildiyini, 8-nin isə hələ də itkin düşdüyünü bildirib.

    Hüquq-mühafizə orqanlarının məlumatına görə, uşaq evi qeyri-qanuni fəaliyyət göstərib və rəsmi qeydiyyatdan keçməyib.

    Hücumun hansı qruplaşma tərəfindən törədildiyi məlum deyil, lakin bölgədə “Boko Haram” terror təşkilatının fəaliyyəti qeyd olunur.

    Nigeriyada bu cür kütləvi oğurluq halları tez-tez baş verir və silahlı qruplar adətən girovlar üçün fidyə tələb edir.

    Seçilən
    34
    3
    manset.az

    4Mənbələr