Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ Senatındakı respublikaçılar Ağ Evin İrandakı müharibəyə görə Konqres qarşısında hesabat verəcəyini gözlədiklərini bildiriblər.
Teleqraf xəbər verir ki, Senatın komitə rəhbəri Syuzan Kollinz CNN-ə bildirib ki, bu həftənin sonlarında başa çatması gözlənilən "Müharibə Səlahiyyətləri Qanunu" ilə müəyyən edilmiş 60 günlük müddət bitdikdən sonra ABŞ Prezidenti Donald Tramp Konqresin təsdiqini almalıdır, əks halda Konqres bunu bloklaya bilər.
Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü, senator Mayk Raunds öz növbəsində bildirib ki, Donald Tramp Konqresin icazəsinin alınması üçün son tarixin əlavə 30 gün uzadılmasını tələb etməsə, təəccüblənəcək.
"Biz mütləq cavab istəyirik və əgər onlar məxfi olmalıdırsa, qoy belə olsun" -
senator əlavə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.