2011-ci ildə 77 nəfərin güllələnməsinə görə 21 illik həbs cəzası alan norveçli terrorçu Anders Breyvik adını yenidən dəyişdirib. Bu dəfə o, adını Yan Yohansen olaraq dəyişdirib.
“Cebheinfo.az”-ın Norveç mediasına istinadən məlumatına görə, ölkədə ən çox yayılmış ad yeni Milli Reyestrdə təsdiqlənib.
2017-ci ildə Breyvik adını Fyotolf Hansen olaraq dəyişdirib və 2025-ci ildən bəri Far Skaldigrimmr Rauskjoldr av Nortriki kimi tanınıb.
Ad dəyişikliyi terrorçunun son şərti azadlığa buraxılma cəhdi fonunda baş verir.
“Aftenposten” qəzetinin məlumatına görə, Breyvikin ruhi sağlamlığı ilə bağlı yeni ekspert qiymətləndirməsi ilk dəfə 2024-cü ildə təqdim edilib. Ekspertlər 45 yaşlı terroçuda heç bir psixotik pozğunluq aşkar etməyiblər. Məhkəmə hökmündə hakimlər ekspertlərlə razılaşdıqlarını və Breivikə heç vaxt tam etibar edilə bilməyəcəklərini yazıblar.
Xatırladaq ki, 2011-ci ilin iyul ayında Breyvik Oslonun hökumət məhəlləsində və Utoya adasında terror aktları törədərək ümumilikdə 77 nəfərin ölümünə səbəb olub. Məhkəmə Breyviki 21 il müddətinə azadlıqdan məhrum edib və onun cəzasının uzadılması ehtimalı var idi. O, həbsindən dərhal sonra hücumları etiraf etsə də, hələ də günahsız olduğunu iddia edir.