AZ

İtaliya BƏƏ-nin OPEC-dən çıxmasına görə həyəcan təbili çaldı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEK) çıxması Yaxın Şərq ölkələri arasındakı parçalanmanı dərinləşdirə və bazarda neft təklifinin artmasına səbəb ola bilər.

"Ölkə.az" xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti yazıb.

"Əgər Əbu-Dabi məhdudiyyətlərə tabe olmayaraq hasilatı artırmaq qərarına gəlsə, ortamüddətli perspektivdə bazarda "daha çox neft təklifi imkanı" yaranacaq.

BƏƏ hakimiyyətinin bu addımı qlobal enerji bazarındakı yeni şərtlərə reaksiya oldu. İran və ABŞ arasındakı münaqişə şəraitində bəzi Körfəz ölkələri müstəqil hərəkət etmək qərarına gəldilər", - məqalədə qeyd olunub.

Xatırladaq ki, BƏƏ mayın 1-dən etibarən OPEK-dən çıxacağını elan edib. Ölkə rəhbərliyi "məsuliyyətlə hərəkət edəcəyinə" və hasilat həcmini "tədricən və ölçülü şəkildə" artıracağına söz verib.(Publika.az)

Seçilən
35
5
olke.az

6Mənbələr