AZ

“Biz olmasaydıq, fransız dilində danışardınız” Kral zarafatından qalmadı Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ağ Evdə Kral III Çarlzın şərəfinə rəsmi şam yeməyi verilib.

“Qafqazinfo”nun xəbərinə görə, Kral ABŞ-Böyük Britaniya ortaq tarixini vurğulayan çıxışı zamanı yumoristik ifadələri ilə diqqət çəkib.

O, çıxışında 18-19-cu əsrlərə dair zarafatlar edərək zalda gülüş yaradıb.

Bir məqamda III Çarlz Donald Trampın Ağ Ev ərazisində planlaşdırdığı bal zalına və Şərq Qanadında aparılan dəyişikliklərə işarə edib.

“Şərq Qanadında edilən düzəlişləri görməzdən gələ bilmirəm”, – deyə o bildirib.

“Təəssüflə deyim ki, biz britaniyalılar, əlbəttə ki, 1814-cü ildə Ağ Evin daşınmaz əmlakının yenidən qurulması üçün kiçik bir cəhd etdik”, - Kral əlavə edib.

Daha sonra o, Trampın əvvəlki açıqlamalarına zarafatla cavab verib: “Cənab Prezident, bu yaxınlarda ABŞ olmasaydı, Avropa ölkələrinin alman dilində danışacağını qeyd etdiniz. Cəsarətlə deyə bilərəm ki, əgər biz olmasaydıq, siz fransız dilində danışardınız”.

Kral çıxışında dövlət şam yeməyini zarafatla “Boston Çay Qonaqlığında (16 dekabr 1773-cü ildə Bostonda Britaniya hakimiyyətinə qarşı etiraz aksiyası baş v erib. Bu, Amerika inqilabının başlanğıcı sayılır - red.) çox əhəmiyyətli bir irəliləyiş” kimi təsvir edib.

O, həmçinin ABŞ-nin müstəqillik mübarizəsinə toxunaraq, bunu “cəsarətli və uzaqgörən öz müqəddəratını təyinetmə hərəkəti” adlandırıb və iki ölkənin ortaq dəyərlər uğrunda tarixən birlikdə hərəkət etdiyini vurğulayıb.

Çıxışın sonunda Kral Çarlz ABŞ-Böyük Britaniya münasibətlərini “vacib ittifaq” kimi qiymətləndirərək, onu yeniləmək üçün orada olduqlarını bildirib: “Xalqımız dəyərlərin müdafiəsi üçün birlikdə vuruşub və qalib olub”.

Səfər zamanı kral ABŞ prezidentinə simvolik hədiyyə -  “HMS Trump” adlı Britaniya sualtı qayığının göyərtəsində asılmış zəng də təqdim edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
89
1
qafqazinfo.az

2Mənbələr