AZ

Rusiyada Buça qətliamında iştirak edən generala sui-qəsd: Həlak olan və yaralılar var

Aprelin 28-də Xabarovsk diyarının Knyaze-Volkonskoye-1 kəndindəki hərbi qarnizonda general-mayor Azatbek Omurbekova qarşı sui-qəsd olub.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında 55 nömrəli binanın eniş meydançasında baş verib, orada partlayıcı qurğu poçt qutusunda gizlədilib.

Partlayış nəticəsində podpolkovnik Kuzmenko həlak olub, bir neçə nəfər yaralanıb. Qarnizon dərhal həyəcan vəziyyətinə gətirilib.

Əldə olan məlumata görə, Omurbekov 2023-cü ildən Şərq Hərbi Dairəsinin 392-ci Rayon Təlim Mərkəzinə rəhbərlik edir. O, əvvəllər 2022-ci ildə Ukraynanın Buça şəhərindəki dəhşətli qətliamlarda iştirak edən 64-cü Motoatıcı Briqadaya komandanlıq edib.

Partlayış nəticəsində generalın vəziyyəti barədə hər hansı məlumat açıqlanmır. Hadisə ilə bağlı məlumat dərhal məxfiləşdirilib.

Musavat.com

Seçilən
65
musavat.com

1Mənbələr