AZ

Alonso Avropa nəhəngini çalışdıra bilər

“Çelsi”də baş məşqçi postuna bir neçə məşhur ad gündəmdədir. Metbuat.az xəbər verir ki, “Çelsi” rəhbərliyi komandanın yeni çalışdırıcısı ilə bağlı seçimləri davam etdirir. Klubun diqqətində əsasən Andoni İraola, Marko Silva və hazırda azad agent olan Xabi Alonso yer alır.Bununla yanaşı, siyahıda digər namizədlər də var. Françesko Farioli və klubun keçmiş futbolçusu Sesk Fabreqas da rəhbərliyin nəzərdən keçirdiyi variantlar sırasındadır.

Qeyd edək ki, London təmsilçisi ötən günlərdə Liam Roseniorla yollarını ayırıb. Mövsümün qalan hissəsində isə komandanın idarə olunması müvəqqəti olaraq Callum McFarlaneyə həvalə edilib.

Seçilən
66
12
metbuat.az

10Mənbələr