AZ

Pentaqon Kiyevə 400 milyon dollarlıq hərbi yardımı təxirə saldı

ABŞ Müharibə Nazirliyi Konqresin əvvəllər təsdiqlədiyi ümumi məbləği 400 milyon dollar olan hərbi yardımın Kiyevə ötürülməsini gecikdirir.

Publika.az xəbər verir ki, Kentukki ştatından olan respublikaçı senator Mitç Makkonnel "The Washington Post" (WP) qəzeti üçün yazdığı məqalədə bu barədə məlumat verib.

Siyasətçi qeyd edib ki, 2025-ci ildə Nümayəndələr Palatası və Senatın müvafiq komitələrindəki respublikaçı çoxluq Ukraynaya 400 milyon dollarlıq hərbi yardım paketinin ayrılmasına icazə verib. Lakin Pentaqon, müharibə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi vasitəsilə Konqresin bu qərarını faktiki olaraq sabotaj edir.

Makkonnel əlavə edib ki, Müdafiə Nazirliyi qanunvericilərin Ukrayna üçün ayrılmış vəsaitlərin taleyi ilə bağlı sorğularına məhəl qoymur.

Seçilən
66
publika.az

1Mənbələr