BAKI, 29 aprel. TELEQRAF
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçkiqabağı ianə toplama kampaniyası başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib.
“Əziz xalqım, bizim siyasi maliyyələşdirmə ilə bağlı fikrimiz belədir: əgər “Vətəndaş Müqaviləsi” Partiyasının siyasi fəaliyyətinin davamı üçün 1000 dram lazımdırsa, bizə 1000 dram verəcək 1 nəfər yox, bizə 1 dram verəcək 1000 nəfər lazımdır.
“Vətəndaş Müqaviləsi” Partiyasının seçkiqabağı ianə toplama kampaniyası başlayıb. 1 dramınızı köçürün və sülhü müdafiə edin”, - Baş nazir bildirib.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.