ABŞ Prezidenti Donald Trump İran əleyhinə blokadanın uzun müddət davam etdirilməsinə hazırlaşmaq barədə göstəriş verib.
Marja.az xəbər verir ki, "The Wall Street Journal" qəzetinin çərşənbə axşamı dərc etdiyi xəbərə görə, Tramp son iclaslarda İran limanlarına gediş-gəlişi əngəlləyərək (blokada tətbiq edərək) ölkənin iqtisadiyyatına və neft ixracına təzyiqin davam etdirilməsini üstün tutub.
Məlumata görə, Tramp digər variantların mövcud blokadanın davam etdirməklə müqayisədə daha yüksək risk daşıdığını bildirib.
ABŞ və İsrail 28 fevralda İrana qarşı birgə hücuma başlayıb, bunun ardınca Tehran da region üzrə – əsasən Körfəz ölkələrində – “ABŞ maraqları” kimi xarakterizə etdiyi hədəflərə hücumlarla cavab verib.
8 aprel tarixində Pakistan vasitəçiliyi ilə atəşkəs elan edilib, bundan sonra 11–12 aprel tarixlərində İslamabad şəhərində danışıqlar keçirilib. Lakin müzakirələr razılaşma əldə olunmadan başa çatıb.
Tramp daha sonra bildirib ki, Tehrandan gələcək təklif gözlənildiyi bir vaxtda atəşkəs Pakistanın xahişi ilə uzadılıb.
Tramp bazar ertəsi verdiyi açıqlamada, İranın Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan, lakin nüvə proqramı ilə bağlı məsələləri daha sonraya saxlayan son təklifinin qəbul edilməsi ehtimalının aşağı olduğunu deyib.