Başa çatmaq üzrə olan aprel ayı Azərbaycanın xaricisiyasəti baxımından məhsuldar bir dövr kimi xarakterizəedilə bilər. Bu ay ərzində Azərbaycan Prezidenti cənabİlham Əliyevin Gürcüstanda dövlət səfərində olması, Türkiyədə Antalya Diplomatiya Forumunda iştirakı, Latviyavə Ukrayna prezidentlərinin, Litva və Çexiya başnazirlərinin ölkəmizə səfər etmələri respublikamızınyürütdüyü çoxvektorlu xarici siyasət kursundan xəbərverir.Eyni zamanda bu səfərlərin hər biri Azərbaycanın beynəlxalq arenada güclü mövqelərinin olduğunu nümayişetdirən mühüm geosiyasi faktorlardır. Bu kontekstdə diqqətiçəkən əsas məsələlərdən biri budur ki, aprel ayındaAzərbaycana Avropa İttifaqının (Aİ) üzvü olan üç dövlətinrəhbərləri səfər ediblər. Litva Baş naziri İnqa Ruqiniene vəLatviya Respublikasının Prezidenti Edqars Rinkeviçsdən sonraÇex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə səfəriilk növbədə belə bir reallığı ortaya qoyur ki, Aİ siyasidairələrində Azərbaycanla münasibətlərə və tərəfdaşlığa böyükönəm verilir. Azərbaycanın həm Baltik dövlətləri, həm də Ukrayna iləolduğu kimi Çex Respublikası ilə də sıx siyasi münasibətlərivar. Çexiya həm də Azərbaycanın Aİ-dəki stratejitərəfdaşlarından biridir. Belə ki, bu ölkənin sabiq Prezidenti Miloş Zemanın 2015-ci ilin sentyabr ayında Azərbaycana rəsmisəfəri zamanı “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb. İndiyədək iki dövlətin rəhbərləri arasında bir neçədəfə qarşılıqlı səfərlər olub. Bu səfərlərin hər biri ikitərəfliəlaqələrin inkişafına təkan verib, əməkdaşlığın gücləndirilməsiilə yadda qalıb.Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş yanvar ayında Davosİqtisadi Forumunda da görüşmüş və söhbət zamanı iki ölkəarasında siyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanmışdı. O cümlədən,münasibətlərimizin dərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunulmuşdu. Çexiyanın Baş nazirinin Azərbaycana bu günlərdə reallaşan rəsmi səfəri isə göstərdi ki, əlaqələrin daha da inkişafında maraqlı olan vəsiyasi iradə nümayiş etdirən hər iki dövlətin rəhbərliyi arasındafəal dialoq formalaşıb. Eyni zamanda, Çexiya Baş nazirini səfər zamanı onu bu ölkənin 50 şirkətinin nümayəndələrinin təmsilolunduğu geniş biznes heyətinin müşayiət etməsi və QəbələdəAzərbaycan-Çexiya biznes-forumunun keçirilməsi hər ikidövlətin xüsusən iqtisadi əlaqələri dərinləşdirməkdə maraqlıolduğunu nümayiş etdirdi.Prezident İlham Əliyevlə Andrey Babişin Qəbələdə keçiriləngörüşündə həm ikitərəfli, həm regional, həm də qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Məlumdur ki, Çexiya Azərbaycan neftinin Avropadakı əsas alıcılarındanbiridir. Hazırda bu ölkənin idxal etdiyi neftin 42 faizi Azərbaycandan daxil olur. İki dövlət arasındakı ticarətdövriyyəsinin strukturunda da əsas yeri Azərbaycanın neftixracı tutur. Lakin Qəbələdə keçirilən görüşdə müzakirə olunanməsələlər və biznes-forumda əldə olunan razılaşmalar yaxıngələcəkdə ticarət dövriyyəsinin strukturunun dəyişəcəyiniproqnozlaşdırır. Mətbuata bəyanatla çıxışında Prezident İlhamƏliyev bu barədə deyib:«Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir».Bildiyimiz kimi, son illərdə Avropada enerji təhlükəsizliyidaha da aktuallaşıb. Çex Respublikasının Azərbaycandan həmdə təbii qaz idxal etmək istəyi məhz bundan irəli gəlir. Andrey Babişin səfəri zamanı bu məsələ də müzakirə olunub və beləliklə, Çexiya yaxın gələcəkdə Azərbaycanda təbii qaz alannövbəti Aİ dövləti olacaq. Lakin Azərbaycanın Çexiyaya təbiiqaz satışı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sadəcə enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Çünki Azərbaycan Çexiyaya təbii qaz ixracına daha geniş miqyaslı vəuzunmüddətli əməkdaşlıq kimi yanaşır.Azərbaycanla Çexiya arasında indiyədək uğurluəməkdaşlığın həyata keçirildiyi sahələrdən biri müdafiə sənayesidir. Respublikamız indiyədək Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alıb. Lakin hər iki dövlət qarşıdakı dövrdəmüdafiə sənayesində həm də birgə istehsalata başlamağıplanlaşdırır və bu, Azərbaycan-Çexiya əməkdaşlığında yenimərhələ açacaq. Çexiyada nəqliyyat sənayesi sferasında da qabaqcıl təcrübəvar. Təsadüfi deyil ki, səfər zamanı Çexiya Baş nazirini buölkənin tanınmış nəqliyyat şirkətlərinin təmsilçiləri də müşayiətedirdilər. Bu sahədə də əməkdaşlığın inkişafı hər iki dövlətəböyük ölçüdə iqtisadi fayda gətirəcək. Baş nazir Andrey Babişin ölkəmizə rəsmi səfəri göstərdi ki, Azərbaycan-Çexiya münasibətləri yalnız siyasi sfera iləməhdudlaşmayaraq, iqtisadi əməkdaşlığın, müdafiə sənayesinin, enerji təhlükəsizliyinin və digər sahələrin əhatə olunduğu çoxşaxəli tərəfdaşlıq müstəvisindən ibarətdir. Birdaha göründü ki, Aİ üzvü olan dövlətlər ölkəmizlə əlaqələriyüksək dəyərləndirir, bütün sahələrdə əməkdaşlığınqurulmasına və inkişafına maraq göstərirlər. Bu, həm dəAzərbaycanın yüksək qlobal nüfuza malik olmasından, ölkəmizin beynəlxalq səviyyədə ehtiramla qarşılanmasındanxəbər verir. Bütün bunlar isə Azərbaycanın uğurlarına qarşıqarayaxma kampaniyası həyata keçirməklə məşğul olanantimilli qrupların bütün planlarını fiaskoya uğradır. Milli təəssübkeşlikdən və etik-əxlaqi dəyərlərdən tamamilə uzaqolan həmin ünsürlər Azərbaycan xalqının əbədi nifrətiniqazanıblar. Özlərini müxalifətçi obrazında qələmə verməyəçalışsalar da, respublikamızın ictimaiyyəti tərəfindən onlarQərbdəki antiazərbaycançı siyasi dairələrin sifarişlərini yerinəyetirən manqurtlar kimi qəbul olunurlar. Bütün məkrlifəaliyyətlərini Azərbaycan dövlətinə və onun maraqlarına ləkəvurmağa həsr edən, Ermənistan üzərindəki tarixi zəfərimizisosial şəbəkələrdə gözdən salmağa cəhdlər göstərən buünsürlər üçün vətən və xalq anlayışlarının heç bir mənası vəəhəmiyyəti yoxdur. Ümumiyyətlə, bu adamlar üçün həyatdamüqəddəs heç nə yoxdur. Onların bütün riyakarlıqları isə Azərbaycanın yüksəlişi və uğurları qarşısında iflasa uğrayır. Bugün Azərbaycanın ABŞ-dan Avropaya və Çinə qədər söz sahibiolan siyasi mərkəzlərlə əməkdaşlığının yeni mərhələyə qədəmqoyması, Prezident İlham Əliyevin bütün nüfuzlu və aparıcısiyasi dairələrdə ehtiramla qarşılanması göstərir ki, antiazərbaycançı şəbəkə heç vaxt öz niyyətinə çatmayacaq.Xanlar FətiyevMilli Məclisin deputatı
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta