Azərbaycan U-21 millisinin hücumçusu Nahid Əliyev karyerasını ölkəxaricində davam etdirə bilər.
İdmanxeber.az-a verilən məlumata görə, futbolçuya Cənubi Koreyadan təklif var. Sözügedən ölkənin “Jeonbuk” klubu “Şəfa”nın forvardı ilə ciddi şəkildə maraqlanır.
Koreya təmsilçisi hətta millimizin üzvünün meneceri ilə əlaqəyə keçib. Onun barəsində geniş məlumat toplayıb.
“Jeonbuk” 21 yaşlı hücumçunun gənc və perspektivli olduğunu düşünür. Bu səbəbdən də onunla uzunmüddətli müqavilə bağlamaq niyyətindədir. Hələlik tərəflər arasında danışıqlar davam edir.
Xatırladaq ki, “Jeonbuk” Cənubi Koreya çempionatında 10 oyundan sonra 15 xalla 3-cü pillədə qərarlaşıb.