AZ

İmmuniteti necə gücləndirmək olar? Həkimdən MƏSLƏHƏTLƏR

ain.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

İmmuniteti gücləndirmək üçün ilk növbədə yuxu rejimi, düzgün qidalanma və fiziki aktivliyə diqqət yetirilməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə terapevt Anna Abramenkova danışıb.

Onun sözlərinə görə, immun sistemi çox mürəkkəb mexanizmdir və ona düşünülməmiş müdaxilə mənfi nəticələrə səbəb ola bilər. Lakin orqanizmin düzgün işləməsinə kömək etmək mümkündür.

Həkim bildirib ki, ilk vacib amil keyfiyyətli yuxudur. Yuxu zamanı orqanizmdə bir çox proseslər yenilənir və bərpa olunur. Buna görə gündə ən azı 8 saat yatmaq və yuxu rejiminə əməl etmək tövsiyə edilir.

Mütəxəssis qeyd edib ki, ikinci mühüm məsələ balanslı qidalanmadır. Rasionda zülal, lif, vitamin və mikroelementlərin çatışmazlığı olduqda immun sistem zəifləyə bilər. Bu səbəbdən vaxtaşırı analizlər verərək orqanizmdə çatışmazlıqların olub-olmadığını yoxlamaq faydalıdır.

Həkimin sözlərinə görə, üçüncü vacib istiqamət isə fiziki fəallıqdır. Qaçış, üzgüçülük, gəzinti və velosiped sürmə kimi aerob məşqlər stressi azaldır, dözümlülüyü artırır və qan dövranını yaxşılaşdırır.

O əlavə edib ki, ildə iki-üç dəfə yüngül formada respirator virus infeksiyasına yoluxmaq normal sayılır və bu, immun sistem üçün bir növ məşq rolunu oynayır.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
redaktor.az

2Mənbələr