AZ

ABŞ-də Trampın şəkli olan məhdud sayda pasportlar buraxılacaq

ABŞ Dövlət Departamenti ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə Prezident Donald Trump təsviri olan məhdud sayda pasportlar hazırlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Məlumata görə, pasportun maketlərində Trampın portreti, Müstəqillik Bəyannaməsinin mətni, ABŞ bayrağı və prezidentin qızılı imzası əks olunacaq. Digər səhifədə isə ABŞ qurucu atalarının Bəyannaməni imzaladığı məşhur tablo yerləşdiriləcək.

Bu pasportlardan ümumilikdə 30 min nüsxə çap ediləcək. Onlar yalnız Washington, D.C. şəhərində yerləşən pasport ofisində 4 iyul tarixindən etibarən sənəd rəsmiləşdirən vətəndaşlara təqdim olunacaq.

NURİYYƏ

Seçilən
67
redaktor.az

1Mənbələr