Bakı. Trend:
Özəl sektora dövlət dəstəyi davam edir və genişləndiriləcək.
Trend xəbərverir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bugün Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır”mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, bu dəstək alətlərinə xüsusi sənaye zonaları,işğaldan azad olunmuş ərazilərdə vergi və digər ödənişlər üzrəgüzəştlər, sosial ödənişlərdə imtiyazlar, kommunal xərclərlə bağlıdəstək mexanizmləri, eləcə də kredit faizlərinə subsidiyalardaxildir:
"Bu alətlər artıq öz cəlbediciliyini sübut edib və bundan sonrada inkişaf etdiriləcək. Bundan başqa, Naxçıvan MuxtarRespublikasının ölkə iqtisadiyyatında rolunun artacağı və gələcəkdədaha da güclənəcəyi proqnozlaşdırılır. Hesab edirik ki, Zəngəzurdəhlizinin açılması bu baxımdan ölkənin iqtisadi inkişafına mühümtöhfə verəcək".
Nazir, həmçinin qeyd edib ki, qabaqlayıcı addım kimi dövləttərəfindən vergi güzəştləri və xüsusi vergi rejimlərinin tətbiqiüçün əvvəlcədən şərait yaradılır.
Bundan əlavə nazir bildirib ki, ölkənin nəqliyyat-logistikasektorunun sürətli inkişafı yalnız xaricdən gələn yüklərindaşınmasına deyil, ilk növbədə milli iqtisadiyyatıngücləndirilməsinə və Azərbaycanda istehsal olunan məhsulların yaxınvə uzaq bazarlara çıxarılmasına xidmət edir. Onun sözlərinə görə,bu sahədə üç əsas elementdən ikisi – bağlantılar və ticarət rejimiməsələləri artıq həll olunub. Nazir vurğulayıb ki, sahibkarlarınhansı bazarlara çıxmaq istədiklərini daha çox eşitmək vacibdir.Lakin hazırda Azərbaycanın müvafiq ticarət sazişlərinin məhdudluğusəbəbindən yüksək gömrük rüsumları və tariflər qalmaqdadır. O qeydedib ki, ölkənin dayanıqlı inkişafı yalnız daxili bazarlaməhdudlaşa bilməz və hər bir müəssisənin ixrac imkanları da eynideyil.
İxracın təşviqi ilə bağlı nazir bildirib ki, nəqliyyat-logistikaxərclərinin qarşılanması və ixracla bağlı digər xərclərindəstəklənməsi məqsədilə dövlət tərəfindən yeni mexanizmlər tətbiqolunur və bu tədbirlərin nəticələri gözlənilir.