Bakı. Trend:
Bu il Azərbaycan ilə Niderland arasında Haaqada siyasiməsləhətləşmələrin keçirilməsi planlaşdırılır.
Trend xəbər verirki, bu barədə Niderlandın Azərbaycandakı səfiri Mariann de YonqKral günü münasibətilə Bakıda keçirdiyi brifinqdə danışıb.
“Hazırda onların keçirilməsi üçün tarix müəyyənləşdirilməkdədir.Böyük ehtimalla, məsləhətləşmələr yaydan sonra baş tutacaq, lakinson tarix hələ təsdiqlənməyib. Bu, çox müsbət göstəricidir vəölkələrimiz arasında əvvəlki məsləhətləşmələrin məntiqi davamıdır.Bu dəfə onlar Haaqada keçiriləcək”, – deyə o bildirib.
Diplomat qeyd edib ki, hər iki ölkənin xarici işlər nazirlikləridə sıx əlaqələri davam etdirir.
“İşçi səviyyədə Azərbaycanın Haaqadakı səfiri ilə sıx əməkdaşlıqmövcuddur. Bundan əlavə, nazirliklər səviyyəsində də fəal təmaslardavam etdirilir”, - deyə de Yonq vurğulayıb.