AZ

Balakəndə 40 məşqçi müəllim və 20 yeniyetmənin iştirakı ilə badminton məşqləri

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Balakən, 29 aprel, AZƏRTAC

Balakən rayon Olimpiya İdman Kompleksində badminton idman növü üzrə ilk dəfə təşkil edilən təlim və məşqlərə müxtəlif yaş qruplarından olan yeniyetmə və gənclər qatılıblar.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayonu üzrə gənclər və idman sektorundan məlumat verilib.

Bildirilib ki, təlimlər Azərbaycan Badminton Federasiyası, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektoru, Balakən rayonu üzrə təhsil sektoru, Balakən Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Azərbaycan Badminton Federasiyasının "Shuttle Time" üzrə koordinatoru, məşqçisi Məryəm Validarvi və məşqçi Kərim Musayev tərəfindən keçirilib.

Təlim və məşqlərdə 40 məşqçi müəllim və 20 yeniyetmə iştirak edib. Təlimin məqsədi Balakən rayonunda badminton idman növünün inkişaf etdirilməsi, sağlam həyat tərzinin təbliği və gənclərin bu idmana marağının artırılması olub.

Müxbir - Rasim İslamoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
azertag.az

1Mənbələr