AZ

Çin XİN: BMT ni yenidən dirçəltmək və gücləndirmək üçün vaxt yetişib

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Çin Xalq Respublikasının Xarici işlər naziri Van Yu BMT-ni yenidən dirçəltmək və gücləndirmək üçün uyğun vaxtın çatdığını bildirib.

Nazir bu fikirləri Pekində BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri Annalena Berbokla görüşü zamanı səsləndirib.

“Hazırda BMT-ni dəstəkləmək, onu dirçəltmək və gücləndirmək üçün ən münasib zamandır. Biz güclü dövlətlərin təzyiq və qorxutma siyasəti ilə üzləşdiyimiz bir dövrdə ədalət və haqqı müdafiə etməli, güc sahibinin son sözü dediyi bir dünya düzəninə yol verməməliyik”, - deyə Van Yunun qeyd edib.

Çin Xarici İşlər Nazirliyinin (XİN) başçısı dünyada artan qeyri-sabitlik və gərginlikdən də danışaraq bəzi ölkələrin “güc üstünlüyü siyasətindən sui-istifadə etdiyini və BMT-nin statusu ilə roluna açıq şəkildə meydan oxuduğunu” qeyd edib. Onun sözlərinə görə, bu vəziyyət beynəlxalq təşkilatı və çoxtərəfli əməkdaşlıq sistemini ciddi çağırışlarla üz-üzə qoyur.

“Əks külək və əks axın şəraitində biz həmrəylik və əməkdaşlıq yoluna sadiq qalmalı, "cəngəllik qanunlarının" hökm sürməsinə imkan verməməliyik”, – deyə Van Yu vurğulayıb.

O həmçinin bildirib ki, Pekin hər zaman ümumi mənzərəni nəzərə alır, uzunmüddətli perspektivə üstünlük verir, sülh və təhlükəsizliyin qorunmasına dair mühüm öhdəliklərini vicdanla yerinə yetirir və BMT Nizamnaməsinin məqsəd və prinsiplərini qətiyyətlə müdafiə edir. Van Yunun sözlərinə görə, Çin bu istiqamətdə gördüyü işlərlə tarix və zaman qarşısında öz dəyərini sübut edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
bizimyol.info

1Mənbələr