AZ

Kral III Çarlzdan NATO-ya ÇAĞIRIŞ: "Ukrayna üçün 11 sentyabr birliyi nümayiş etdirilməlidir"

Böyük Britaniya Kralı III Çarlz ABŞ Konqresində reallaşan tarixi çıxışı zamanı NATO-nu Ukrayna məsələsində sarsılmaz həmrəyliyə çağırıb.

Musavat.com xəbər verir ki, monarx Alyansın Ukrayna böhranında nümayiş etdirməli olduğu birliyi 11 sentyabr terror hücumlarından sonrakı dövrlə müqayisə edib.

Konqresdə yarım saat davam edən çıxışı zamanı Kral III Çarlz Ukraynaya dəstəyin vacibliyini xüsusi vurğulayıb.

O xatırladıb ki, 11 sentyabr hadisələrindən sonra NATO öz tarixində ilk dəfə kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəni işə salaraq real birlik nümunəsi ortaya qoymuşdu.

“Bu gün də Ukraynanın və onun cəsur xalqının müdafiəsi üçün eyni sarsılmaz birlik lazımdır. Bu, həqiqətən ədalətli və davamlı sülhün təmin olunması üçün zəruridir”, - deyə Kral bildirib.

Kralın Ukrayna ilə bağlı bu müraciəti amerikalı qanunvericilər tərəfindən böyük rəğbətlə qarşılanıb. ABŞ-nin vitse-prezidenti J. D. Vens və Nümayəndələr Palatasının spikeri Mayk Conson da daxil olmaqla, bütün konqresmenlər Britaniya monarxını ayaq üstə alqışlayıblar.

Musavat.com

Seçilən
33
1
musavat.com

2Mənbələr