AZ

“Naxçıvan Muxtar Respublikasında 10 illik vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub” MİKAYIL CABBAROV

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hazırda Azərbaycanda iqtisadi inkişafın stimullaşdırılması məqsədilə müxtəlif regionlarda xüsusi vergi rejimləri tətbiq olunur. Belə ki, Ələt Azad İqtisadi Zonasını, sənaye parklarını və işğaldan azad edilmiş əraziləri əhatə edən vergi güzəştləri artıq qüvvədədir. Eyni zamanda, cari ildən etibarən Naxçıvan Muxtar Respublikasında 10 illik vergi güzəştlərinin tətbiqi də nəzərdə tutulmuşdur ki, bu da regionun investisiya cəlbediciliyini artıran mühüm amillərdən biri kimi çıxış edir.

SİA xəbər verir ki, bu sözləri Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və ASK-nın təşkilatçılığı ilə “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, Naxçıvanın iqtisadi potensialının genişlənməsi və onun ümumi milli iqtisadi sistemdə rolunun daha da güclənməsi perspektivləri yüksək qiymətləndirilir. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması regionun iqtisadi inteqrasiyasına və tranzit imkanlarının genişlənməsinə mühüm töhfə verə biləcək strateji amil kimi çıxış edir. Paralel olaraq, dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı fiskal siyasət, o cümlədən vergi güzəştlərinin tətbiqi və xüsusi vergi rejimlərinin formalaşdırılması bu proseslərin daha da sürətlənməsinə əlavə stimul yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
sia.az

2Mənbələr