AZ

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

Ajans.az xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, ərazi planlaşdırılması istiqamətində həyata keçirilən işlər nəticəsində ölkənin 79 şəhərinin 68-nin yeni baş planı təsdiq edilib:

“Qalan 11 şəhərin baş planının yenilənməsi istiqamətində işlər davam etdirilir. Yenilənmiş baş planların mövcudluğu şəhərlərin inkişafını proqnozlaşdırıla bilən müstəviyə çıxarır, investisiya cəlbediciliyi yaradır”.

Seçilən
36
10
Ajans.az

10Mənbələr