AZ

Şimali Koreyanın Ukraynda 2 mindən çox hərbçisi həlak olub Bu muzeydə...

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiyaya göndərilən Şimali Koreya əsgərlərinin itkiləri ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Xarici KİV-in məlumatına görə, Şimali Koreyada həftəsonu açılan "Xarici Hərbi Əməliyyatlarda Qəhrəmanlığı Anma Muzeyi"ndəki məzar daşlarının araşdırılması, Ukraynaya qarşı döyüşməyə göndərilən təxminən 2300 Şimali Koreya əsgərinin həyatını itirmiş ola biləcəyini göstərir.

Bildirilib ki, üç mərtəbəli muzeydə həmçinin həlak olan əsgərlərə məxsus əşyalar və müharibə zonalarından gətirilən hərbi texnika da nümayiş etdirilir.

Muzeyin açılışı 26 apreldə Şimali Koreya lideri Kim Çen Inın iştirakı ilə baş tutub, Rusiyadan da yüksək vəzifəli şəxslər mərasimdə iştirak ediblər.

İddialara görə, açılış üçün göndərilən mesajda Rusiya Prezidenti Vladimir Putin həlak olan Şimali Koreya əsgərlərinin "qurbanlarının" unudulmayacağını bildirib.

Qeyd edək ki, Cənubi Koreya Milli Kəşfiyyat Xidməti daha əvvəl Ukraynadakı müharibədə təxminən 2000 Şimali Koreya əsgərinin həyatını itirdiyini iddia etmişdi. 

Lakin Pxenyan administrasiyası hələlik müharibədə iştirak edən əsgərlərin sayı və ya itkilərlə bağlı rəsmi açıqlama verməyib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
azpolitika.info

1Mənbələr