Son günlər Bakı və ölkənin bir sıra bölgələrində müşahidə olunan intensiv yağıntılar nəticəsində yaranan su daşqınları və infrastruktur problemləri ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Məsələ ilə bağlı Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyev QHT.az-a açıqlama verib.
Muğan Əliyev son günlər Bakı və ətraf rayonlarda yağıntıların artması, eləcə də bəzi ərazilərdə daşqınların baş verməsi infrastrukturun yenilənməsi və kanalizasiya sistemlərinin təkmilləşdirilməsinin vacibliyini bir daha gündəmə gətirib.
O qeyd edib ki, dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən işlər və ayrılan vəsaitlər mühüm əhəmiyyət daşıyır və onların səmərəli istifadə olunması xüsusi önəm kəsb edir.
“İnfrastruktur layihələri keyfiyyətli və məqsədyönlü şəkildə icra olunmalıdır. Eyni zamanda qeyri-qanuni tikililər və kanalizasiya xətlərinin üzərində aparılan inşaatlar gələcəkdə ciddi problemlərə səbəb olur,” – deyə o bildirib.
Həmçinin əhalinin maarifləndirilməsinin vacibliyini vurğulayaraq, vətəndaş məsuliyyətinin artırılmasının şəhər mühitinin qorunmasında əsas rol oynadığını qeyd edib.
Zəhra Ağayeva