AZ

Qaziantepdə mədəni irsin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq konfrans başladı

Türkiyənin Qaziantep şəhərində Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Arxeologiya və Mədəni İrs İnstitutu, TİKA və Qaziantep Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Türk Mədəni İrsinə aid Strateji Əməkdaşlıq Konfransı: Mədəni Mülkiyyətin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda Beynəlxalq Konfrans öz işinə başlayıb.

Publika.az xəbər verir ki, proqram çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Türkmənistan daxil olmaqla bir sıra ölkələrdən nümayəndələr, həmçinin beynəlxalq mütəxəssislər bir araya gəlib mədəni irsin qanunsuz dövriyyəsinə qarşı mübarizə, institusional əməkdaşlıq imkanları və ortaq mühafizə mexanizmlərini müzakirə edcəcəklər.

Tədbirin əsas məqsədi mədəni mülkiyyətin qanunsuz dövriyyəsi sahəsində koordinasiyanın gücləndirilməsi, təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, eləcə də davamlı əməkdaşlıq platformasının formalaşdırılmasıdır.

Konfransın açılış sessiyasında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova çıxış edərək mədəni irsin qorunmasının həm tarixi, həm də mənəvi bir vəzifə olduğunu vurğulayıb. Fondun prezidenti çıxışında həmçinin qeyd edib ki, əsər qaçaqmalçılığı və qanunsuz ticarət bu gün ümumi mirasımızı ciddi şəkildə təhdid edir.

Professor Aktotı Raimkulova Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, TİKA-ya, Qaziantep valiliyinə, yerli bələdiyyəyə və tərəfdaş qurumlara proqramın reallaşmasındakı dəstəklərinə və qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib. Həmçinin konfransın gedişatına və iştirakçılara bu strateji əməkdaşlıq yolunda uğurlar arzulayıb.

Seçilən
38
1
publika.az

2Mənbələr