"Əmək müqavilələrinin 97%-i artıq elektron qaydada rəsmiləşdirilir. İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində "Dost Müfəttiş" layihəsi həyata keçirilir və bu layihə çərçivəsində müəssisələrdə diaqnostik qiymətləndirmələr aparılaraq cərimə tətbiq edilmədən çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələr verilir. Son illərdə əmək qanunvericiliyində geniş dəyişikliklər edilib. Belə ki, Əmək Məcəlləsinin 150-dən çox maddəsinə dəyişiklik olunub, ümumilikdə isə normativ hüquqi aktlara 500-ə yaxın düzəliş edilib", - deyə nazir qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta