Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə bazar günü keçiriləcək “Bakı Marafonu 2026” üçün 25 min iştirakçı qeydiyyatdan keçib.
Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, builki yarışda da fiziki imkanları məhdud, eləcə də daun sindromlu şəxslər də iştirak edəcəklər.
Mayın 3-də isə start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş Sea Breeze ərazisi olmaqla ilk dəfə 42 kilometr məsafədə keçiriləcək Bakı Marafonunun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar.
Qabil YUSİFOĞLUXQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.