AZ

Portuqaliya Baş naziri Putinin G20 sammitinə dəvət ideyasını dəstəkləyib

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Portuqaliyanın Baş naziri Luis Monteneqru Rusiya Prezidenti Vladimir Putinin G20 (Böyük İyirmilik) sammitinə dəvət olunması ideyasını dəstəkləyib. Bu mövqe Avropa İttifaqı daxilində narazılıqla qarşılanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri diplomatlara istinadən məlumat verib.

Məlumata görə, Monteneqru Putinin sammitə dəvət edilməsinin tərəfdarı olub və Rusiya ilə dialoqun davam edən münaqişələrin həlli üçün vacib olduğunu bildirib. Lakin bu təklif Avropanın müxtəlif ölkələrindən olan diplomatlar arasında mənfi reaksiya doğurub.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp da Rusiya liderinin dekabrda ABŞ-da keçiriləcək G20 sammitində iştirakının faydalı olacağını bildirib. Bununla belə, o, Putinin sammitə qatılıb-qatılmayacağına dair şübhələrini də ifadə edib.

Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Pankin isə BMT-də jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya 14–15 dekabr tarixlərində ABŞ-ın Florida ştatının Mayami şəhərində keçiriləcək sammitə yüksək səviyyədə dəvət olunub. O, Rusiyanı kimin təmsil edəcəyi ilə bağlı qərarın tədbirə yaxın vaxtda dəqiqləşəcəyini qeyd edib.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
icma.az

1Mənbələr