AZ

Avropa Komissiyası: Kiyevə 6 milyard avro ilk ödəmə dron istehsalına yönəldiləcək

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa Komissiyası Ukraynaya ümumilikdə 90 milyard avro həcmində maliyyə dəstəyinin bir hissəsi kimi 6 milyard avroluq ilk tranşı pilotsuz uçuş aparatlarının (dronların) istehsalına yönəldəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentinin iclasında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırmaqla bağlı öhdəliyini yerinə yetirib. Bu məbləğin 45 milyard avrosu 2026-cı il üçün nəzərdə tutulub və həmin vəsaitin bir hissəsi artıq cari rübdə ödəniləcək.

Fon der Lyayen qeyd edib ki, bu çərçivədə ayrılan ilk 6 milyard avro birbaşa dron istehsalının maliyyələşdirilməsinə yönəldiləcək.

Aİ rəsmisinin açıqlamasına görə, bu addım Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi və texnoloji potensialının artırılması məqsədi daşıyır.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
bizimyol.info

1Mənbələr