Marja.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin 1-ci rübünü 81,7 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT-lar ötən ilin eyni dövründən 31,6 milyon manat xalis zərərlə çıxmışdı.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, yanvar-mart aylarında BOKT-ların gəlirləri 175,8 milyon manat (illik müqayisədə 44,7 % çox), xərcləri 63,2 milyon manat (8,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 25,3 milyon manat (72,9 % az), gözlənilməz xərcləri 0,3 milyon manat (ötən ilin eyni dövründə olmayıb), mənfəət vergisi ödəmələri isə 5,3 milyon manat (3,1 dəfə çox) təşkil edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu il aprelin 1-nə BOKT-ların aktivləri 1 milyard 471,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 56,7 % çoxdur. Bunun 1 milyard 99,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 68,6 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 55,6 % artaraq 804,4 milyon manata, balans kapitalı isə 58,1 % artaraq 667 milyon manata çatıb.
Azərbaycandakı kredit ittifaqlarının zərəri 4 dəfə azalıb
Azərbaycandakı kredit ittifaqları bu ilin 1-ci rübünü 0,7 milyon manat zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,9 dəfə azdır.
Yanvar-mart aylarında kredit ittifaqlarının gəlirləri 0,6 milyon manat (illik müqayisədə eyni), xərcləri 0,3 milyon manat (25 % az), xüsusi ehtiyatlara ayırmaları isə 1 milyon manat (2 dəfə az) təşkil edib.
Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 12,1 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,2 % azdır. Bunun 10,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 3,7 % kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 3,7 % azalaraq 2,6 milyon manata, balans kapitalı isə 3,1 % azalaraq 9,5 milyon manata düşüb.
İş elanları AzVak.az-da
© "Report"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.