AZ

Sərhəddə gərginlik artdı: İsrail hərbçiləri hədəfə alındı

Yenisabah saytına istinadən ain.az xəbər verir.

“Hizbullah” İsrail hərbçilərinə qarşı pilotsuz uçuş aparatı ilə hücum etdiyini bildirib.

“Yeni Sabah” xəbər verir ki, Livanda fəaliyyət göstərən hərəkat bununla bağlı bəyanat yayıb.

Açıqlamada hücumun sərhəd məntəqəsində yerləşən İsrail əsgərlərinə qarşı həyata keçirildiyi qeyd olunub.

Məlumata görə, hadisədən əvvəl İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah”a məxsus infrastruktur obyektlərinə bir neçə zərbə endirib.

Əsmətxanım Rzazadə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
yenisabah.az

2Mənbələr