AZ

Prezidentin təltif etdiyi şəxs KİMDİR? DOSYE

Dogru.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi,Prezident İlham Əliyev bir qrup iş adamını “Tərəqqi” medalı ilə təltif edib.

Doğru.az oxu24.com-a istinadən xəbər verir ki, təltif olunanlar arasında Bəxtiyar Allahverdi də var.

O,ölkənin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə  təltif edilib.

Bəxtiyar Allahverdi 1971-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

Satış, distribusiya və pərakəndə sektorlarında geniş iş təcrübəsinə malik olan Bəxtiyar Allahverdi 30 ildən artıqdır gündəlik istehlak malları (FMCG) sahəsində rəhbər vəzifələrdə çalışır.

2006-cı ildən “Veysəloğlu Distribusiya” şirkətinin baş direktoru olan Bəxtiyar Allahverdi şirkətin inkişafına, bazarda mövqelənməsinə və sürətlə böyüməsinə töhfə verib.

Bəxtiyar Allahverdi hazırda Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədr müavini və “Araz” supermarketlər şəbəkəsinin səhmdarlarından biri və “Veysəloğlu Distribusiya” şirkətinin idarə heyətinin sədridir.

Bu gün Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərindən biridir. Gündəlik tələbat məhsulları (FMCG) sektorunda ixtisaslaşan Şirkətlər Qrupuna distribusiya, istehsalat və pərakəndə mağazaçılıq fəaliyyətləri üzrə xidmət göstərən şirkətlər daxildir.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
1
dogru.az

2Mənbələr