AZ

BƏƏ-dən sonra bu ölkə də OPEC-dən çıxacaq – Tramp istəsə

ABŞ prezidenti Donald Tramp istəsə, BƏƏ-dən sonra Venesuela da Neft İxrac Edən Ölkələr Təşkilatından çıxa bilər.

Publika.az xəbər verir ki, bu iddianı Kanadanın "The Globe and Mail" qəzetinin köşə yazarı Erik Requli irəli sürüb.

Nəşrin müəllifi Venesuelanın bütün ölkələr arasında ən böyük neft ehtiyatlarına malik olduğunu qeyd edib. Həmçinin iddia olunur ki, prezident Nikolas Maduronun qaçırılmasından sonra ölkə faktiki olaraq ABŞ-dan asılı vəziyyətdədir.

Aprelin 28-də BƏƏ Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar üzrə direktoru Əfra Əl Hameli ölkənin 1 may tarixindən etibarən OPEC və OPEC+ təşkilatlarından çıxmaq qərarını elan etdi. Siyasətçi bildirib ki, bu qərar strateji xarakter daşıyır və uzunmüddətli iqtisadi vizyondan irəli gəlir.

Seçilən
35
publika.az

1Mənbələr