AZ

Əməkdar artist həyat yoldaşı ilə fotosunu paylaşdı

Əməkdar artist Gülzar Qurbanova rejissor həyat yoldaşı Elxan Cəfərovla birgə fotosunu izləyiciləri bölüşüb...

Poliqon xəbər verir ki, aktrisa ömür-gün yoldaşının ad günü olduğunu paylaşımı ilə bildirib.

Sənətçi bu sözlərlə onu təbrik edib:

"Günəş hər axşam batır, yenidən doğmaq üçün üfüqün o tayına keçir. Biz də çox vaxt qürubun içindən keçirik - yenidən doğulmaq üçün.
Biz bu həyat adlı filmin qəhrəmanlarıyıq, kadrın içindən keçirik və həyat bizi çəkir - rejissoru görünməyən bir film kimi. İnanıram, ən gözəl kadrlar hələ qabaqdadır. Səninlə həyat adlı filmdə olmaq ən gözəl hekayədir. Həyatda mən Mauqliyə bənzəsəm də, kinomuzun Mauqlisi sənsən. Qoy, içimizdəki o azad ruh  həmişə diri qalsın, qorxmadan, səmimi və sadə. Doğum günün mübarək".

Poliqon.info

Seçilən
52
3
poliqon.info

4Mənbələr