AZ

Gömrük pirat və kontrafakt şübhəsi olan tez xarab malların buraxılışını dayandıracaq

Barəsindəki məlumatlar reyestrə daxil edilmiş tez xarab olan malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 3 (üç) iş günü müddətinə dayandırılacaq.

Azreform.info xəbər verir ki, bununla bağlı Gömrük Məcəlləsinə  dəyişiklik edilməsi təklif edilib.
Sözügedən dəyişiklik Milli Məclisin İqtisadi siyasət. sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Sənəddə qeyd olunur ki, müraciət edən şəxsin əsaslandırılmış müraciəti olduqda göstərilən müddət daha 3 (üç) iş gününədək uzadılacaq.

Təklif edilən digər dəyişikliyə əsasən Azərbaycan gömrüyündə bəyannamənin, mal sahibinin, səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə tərtib olunan aktın 2 iş günü ərzində təqdim edilməsi nəzərdə tutulur.
Bundan başqa, qanun layihəsinə əsasən, gömrük nəzarətinin formaları olan gömrük baxışı (məqsədləri, aparılma yeri, vaxtı və sair məsələlər tənzimlənməklə) və gömrük yoxlamasının aparılmasının (yoxlama malların eyniləşdirilməsinin təmin edilməsi məqsədil ilə həyata keçirilir) məcəllə ilə təfsilatlı (92-1 və 92-2-ci madddələr) tənzimlənməsi planlaşdırılır. "Baxış", "müayinə" və "yoxlama" kimi halların digər qanunvericilik praktikasında ciddi tənzimlənməsi təcrübəsindən irəli gəlir və bu eyni zamanda gömrük orqanlarının bütün fəaliyyətinin hüquqi çərçivəyə salınmasını təmin edir;

Eyni zamanda, gömrük auditinin, o cümlədən kameral və səyyar gömrük auditinin aparılmasının xüsusiyyətlərinin tənzimlənməsi, gömrük rəsmiləşdirilməsinin bəyannaməçinin seçimi və gömrük orqanlarının razılığı ilə digər yerlərdə də aparıla bilməsi, gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydasının tətbiq edildiyi gömrük əməliyyatlarının dairəsinin genişləndirilməsi, qısa idxal bəyannaməsinin beynəlxalq təcrübəyə uyğun olaraq ləğvi müddətinin (200 gün) tənzimlənməsi də qanun layihəsində nəzərə alınıb.

 Mürtəza

Seçilən
61
26
azreform.info

10Mənbələr