AZ

Şahin Mustafayev erməni dilində sərbəst danışırmış

ain.az, Unikal.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.

"Unikal"ın məlumatına görə, Şahin Mustafayevin İrəvana səfəri fonunda Ermənistan mətbuatı ona yenidən diqqət çəkib. 

Qeyd olunub ki, Ş.Mustafayev erməni dilində sərbəst danışır. O, 40 ildən sonra yenidən Ermənistana gedib. 

Şahin Mustafayev Ermənistanda doğulub və orada təhsil alıb. Bildirilir ki, Mustafayevlər ailəsi Noyemberyan rayonunun Cucevan kəndində yaşayan yeganə azərbaycanlı ailə olub.

Şahin Mustafayevin atası Cucevana Azərbaycan kəndlərinin birindən köçüb və mal-qara saxlamaqla məşğul olub. Şahin 1965-ci ildə Ermənistanda anadan olub. 8-ci sinfə qədər kənd məktəbində oxuyub, 9 və 10-cu sinifləri isə Noyemberyanın 2 nömrəli məktəbində təhsil alıb. 

Ağarza Elçinoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
4
unikal.az

5Mənbələr