AZ

Zelenski Trampla mübahisənin səhv olduğunu anlayıb - Merts

Ukrayna Prezidenti Volodimir Zelenski 2025-ci ilin fevral ayında Ağ Evdə ABŞ lideri Donald Trampla ictimai mübahisəsi zamanı etdiyi səhvlərdən dərs çıxarıb.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merts bu etirafı Der Spiegel-ə verdiyi müsahibədə deyib.

"Əvvəldən özümə deyirdim ki, belə bir atmosferdə mübahisəli müzakirələrə girməyin mənası yoxdur. Bunu edənləri də görmüşəm, amma onlar pis nəticə göstəriblər", - deyə o bildirib.

Almaniya kansleri həmçinin Avropa ilə ABŞ arasında mövcud olan qarşılıqlı yadlaşma, eləcə də Avropa dövlətlərinin Vaşinqtondan tamamilə asılı olmaq istəməməsindən danışıb.

"Mən bunu avropalıların özünəinamına aid edirəm və bu inam daha da gücləndirilməlidir", - deyə siyasətçi əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
53
missiya.az

1Mənbələr